Necə kömək edə bilərik?

Dərz dolğuda yaranan problemlərin qarşısını necə almalı?

15 Avqust 2016
Dərz dolğuda yaranan problemlərin qarşısını necə almalı?

Evlərimizdə, ofislərimizdə və digər məkanlarda bəzən kafellərin və keramikaların arasında olan dərz 

dolğuların (fuga) rənginin dəyişməsi, solması, çatlaması kimi xoşagəlməz hallarla rastlaşırıq.
Bunun səbəbi heç də həmişə məhsuldan və ya səthdən qaynaqlanmır. Düzgün olmayan tətbiqat və
təmir nəticəsində belə problemlər yaranır. 
Keramika yapışdırma məhlulu tam olaraq qurumadan dərzlər (aralıqlar) doldurulmağa başlandıqda 
keramka yapışdırıcının içində olan suyun çölə çıxmasına və yapışdırıcının qurumamasına səbəb olur. 
Bu halda yapışdırıcının tərkibində qalan su yapışdırma məhlulundan dərz dolğu məhluluna nüfuz
edir və tərkibindəli həll olmamış duzlar dərz dolğusunun üzərinə çıxır. Bu hala Karbonatlaşma deyilir. 
Karbonatlaşma daha çox yaz aylarında aşağı istilik və yuxarı nəm faizinin olduğu zamanlarda
əmələ gəlir. Özəlliklə tünd rəngli dolğularda özünü daha çox biruzə verir. 
Dərz dolğusu (fuga) su əmmə xüsusiyyətinə görə fərqli səthlərdə fərqli rənglər verə bilər. Səthin
su əmmə 
faiz nisbəti yüksəldikcə dərz dolğusunun tündlüyü də artmış olur. Bu səbəbdən müxtəlif divarlarda
döşəmələrdə və müxtəlif növ keramika və kafellərdə eyni aralıq doldurucunun azacıq rəng fərqi
verməsi normal hal hesab olunur. Aralıq doldurucu maddənin sonradan çatlamaması və tökülməməsi
üçün əvvəlcədən  müəyyən tədbirlər görülməlidir. Bunun üçün əvvəla kafel və keramikanın ara
genişliyinə uyğun məhsul seçilməlidir. Buna görə Azpol fuga, Azpol flex fuga, Azpol fasad flex
fuga məhsulların texniki xarakteristikalarına nəzər salın. Ara doldurucunun çat verməməsi üçün
digər tədbir onun su ilə qarışım nisbətini təlimatdakı kimi düzgün seçməkdir. 
Az və ya çox əlavə edilən su məhsulun keyfiyyətinə təsir edir. Aralıqların tam doldurulmaması da
sonradan aralıq doldurucunun çatlamasına səbəb ola bilir. Həmçinin günəşin altında, küləkdə
və digər sərt hava şəraitində tətbiq olunan aralıq doldurucuların sonradan çatlama verməsi halı
qaçınılmazdır. Səthlərin aralıq doldurucu tətbiq etdikdən sonra nəm əgi ilə silinməsi və daha sonra
quru əsgi ilə qurulanması lazımdır. Nəmlik dərəcəsi çox olan əsgi ilə silinmə də sonradan aralıq
doldurucunun keyfiyyət pozuntusu verməsinə səbəb ola bilər.Bəzi rəngli aralıq doldurucular toz
halında ikən ağ rəngdə görünə bilər. Lakin su ilə qarışdırılan zaman onların tərkibindəki rəngli
piqmentlər parçalanaraq rəngli aralıq doldurucu halına gəlmiş olur. Dərz dulğusuna həddindən
artıq su qatılması onun sonradan təbaşirlənməsinə və rəng tonundakı fərqliliklərə də yol aça bilir.
Keyfiyyətli və uzunömürlü təmir üçün mütləq Azpol məhsullarından istifadə etmək lazımdır.
Azpol – uğurlara aparan yol.
 

 

.
DEKORATİV MİNERAL SIVANIN XÜSUSİYYƏTLƏRİ

DEKORATİV MİNERAL SIVANIN XÜSUSİYYƏTLƏRİ

  Dekorativ mineral siva məhsulları- hər yerdə istifadə olunmasına baxmayaraq, olduqca müxtəlif və maraqlıdır. ...

Dərz dolğuda yaranan problemlərin qarşısını necə almalı?

Dərz dolğuda yaranan problemlərin qarşısını necə almalı?

Evlərimizdə, ofislərimizdə və digər məkanlarda bəzən kafellərin və keramikaların arasında olan dərz  dolğuların ...

Əlaqə qurun

+99450 201-99-22 / +99455 201-99-22 / e-mail: marketing@nbgroup.az

veb saytların hazırlanması, veb sayt dizaynıseo xidməti, google optimizasiyası

sizma tualet su sızır turba sızıntı kombi təmir xidmət usta boru ev Santexnik