Necə kömək edə bilərik?

DEKORATİV MİNERAL SIVANIN XÜSUSİYYƏTLƏRİ

17 İyul 2019
DEKORATİV MİNERAL SIVANIN XÜSUSİYYƏTLƏRİ

 

Dekorativ mineral siva məhsulları- hər yerdə istifadə olunmasına baxmayaraq, olduqca müxtəlif və maraqlıdır. Mineral sıva materialı ilə işlənmiş -bəzədilmiş divar fərqli bir dekorativ görünüşüşə malikdir, geniş və gözə çarpan rəng çeşidləri, çox bahalı görünə bilər. Mineral dekorativ sıva məhsulu -səthlərin dekorativ işləmə növlərindən biridir. Fasad daxil olmaqla müxtəlif məqsədlər üçün istifadə olunur.

Mineral sıva məhsulunun fərqliliyi  tərkibində olan xırda mərmər tozu  dolğu materallarından ibarətdir. Həqiqətən, həmin bu dolğular- müxtəlif növ istehsal müəssisələrinin mədənçilik emalında və mərmər emalı zamanı meydana gələn toz və qırıntılardır. Bundan başqa, mineral sıva  qarışığının tərkibində digərləri - bağlayıcılar - komponentləri də daxildir. Akril əsaslı  polimer, rəngləndirici piqmentlər, digər və başqa bağlayıcı kompanentləri ola bilər. Məhsulun tərkibində olan maddələrin -. Bəziləri bəzək materialına rəng verməkdən, bura mərmər tozlarının rəng genişliyini aid etmək olar, bəziləri isə mineral sıvanın  -səthdə tez qurumağında və  səthə yaxşı yapışmağından məsuldurlar. Səth üzərində, kif və göbələyin və digər "sakinlərin" inkişafında tətbiq olunan materialları qoruyanlar da var - məsələn, antiseptik və su itkisini idarə idarə edən maddələrdir. Bizim istehsal etdiyimiz məhsulumuzda bu astar təşkil edir. Astar mineral sivanı həm su itkisindən həmdə göbələklərdən qoroyur.

Mərmər sıvanın və ya dekorativ mineral sıvanın  tarixi qədim dövrlərdə başlamış, material qədim Misir və Qədim Roma ərazilərində geniş yayılmışdır və bu günə qədər divarları bəzəmək üçün istifadə edilən bərk, etibarlı, yüksək keyfiyyətli və gözəl görünüşlü məhsuldur. Ancaq İndi hər bir şəxs asanlıqla materialın rəngini, toxumasını, keyfiyyətini və bütün onun tələblərini yerinə yetirəcək şəkildə tam olaraq seçə bilər.

Mərmər tozunu öz xüsusiyyətləri var-ilk öncə  olduqca qəşəng və gözəl görünür - divarın görunuşündə nahamar dekorativ səth yaradır. İkincisi, mərmər qırıntıları müxtəlif maddələrlə  asan uyğunlaşır və divara  yüksək yapışqanlığı ilə fərqlənir. Üçüncüsü, divar bəzəyi üçün kifayət qədər sərt bərk və davamlı bir materialdır. Mərmər qırıntıları ilə divar səthi işlədikdə  fasadın xüsusi  fərqliliyini vurğulamağa imkan verir! Dolğu məhsulu kimi yalnız mərmər dənələri istifadə olunmur,  Tez-tez qarışıqda qranit dənələri ola bilər. Belə mineral sıva qranit-mərmər adlandırılır. Mərmər sıvanın  özü fərqli rənglərə malik ola bilər, ancaq təbii daş rənglərinə  yaxındır. Lakin, əslində, bu materialın  rəng sxemi çox böyükdür – ona görə  mərmər dənələri  müxtəlif rənglərə  tez-tez rənglənir, bu o cümlədən  hər hansı bir səthdə dekorativ bəzək işlərini görmək  üçün istifadə etməyə imkan verir.

Mineral sıvanın Hər hansı bir digər dekorativ işləmə materialı kimi - Güclü və zəif tərəflər var:

mineral sıvanın – üstünlükləri Yüksək müqavimət gücü və mexaniki aşınmaya qarşı dayanıqlıqdır, əgər divarda əyriliklər varsa həmin əyrilikləri görünməz edir,  məhsulun uzunömürlüyünü təmin etməyə imkan verir. Qranit qırıntıları əsasında mineral sıva daha güclü olduğunu qeyd etmək lazımdır. Çox rəng seçimi və iş zamanı müxtəlif rənglərlə  birləşdirmək imkanı yaradır. Yüksək Buxar keçiriciliyinə malikdir, ona görə də evin əsas divarında kondensat yığılmır, səthlər "nəfəs ala bilər".

Mineral sıva - maddi ekoloji cəhətdən ekonomikdir, sağlamlığa və ətraf mühitə zərər vermir. Bu örtük ultrabənövşəyi, radiasiya, yağış, külək, qardan qorxmur. Uzunmüddət rəng intensivliyini qoruyur və  rəngini itirmir. Mineral sıva ilə beton səth, kərpiç, daş, taxta, alçı, dsp səthlər üzərində son material kimi tətbiq etməq olar.

Tətbiq texnologiyası olduqca sadədir, demək olar ki, istənilən şəraitdə material ilə işləmək mümkündür. Məhsul üzərində qeyd olunduğu % su ilə durulaşdırılır  və mala ilə vurulur. İstifadədən əvvəl yaxşı qarışdırmaq lazımdır.

Mineral sıva  çox sadə və asan təmizlənə bilər. Həm daxili məkan həm xarici məkan kimi istifadə edilə bilər. Ev şəraitində mətbəx və hamam otaqları üçündə istifadə edilə bilər. Səth üzərində  kif və göbələklər yaranmır antiseptikdir yüksək temperatura dözümlüdür.

Mineral sivanın- bəzi çatışmazlıqları var. Mineral sıva- bəzi kimyəvi maddələrə məruz qalmasından qorxur. Xüsusilə bunlar hidroxlor kimi turşulardır. Materialın dəyəri çox yüksəkdir. Əlbəttə ki, mərmərdən istifadə edilən sıvanın üstünlükləri daha çoxdur.

Mineral mərmər sıvanı 2 növü var- 1ci venesian sıva, hansıkı mərmər tozundan(unundan) hazırlanır, və 2ci mərmər dənələrindən hazırlanan . 2ci daha bir neçə növlərə bölünü mərmər dənələrin ölçülərindən asılı olaraq.Ölçüləri 0,5-0,8 mm; 0,8-1 mm; 1-1,2 mm; 1,2-1,4 mm; 1,4-2 mm; 5 mm-gədər.

 Bizim istehsal etdiyimiz Azpol  Mineral Sıva -məhsulumuz tələb olan bütün  normativlərə cavab verir, səthə çox gözəl yapışır, elastikdir vurulduqdan sonra çatlaya bilmez , hava temperatur dəyişkinliklərinə davamlıdır,vurulan zaman divardan tökülmür, yüksək adqeziyaya malikdir, quruduqdan sonra rəngi uzun müddət solmur, bundan əlavə tərkibində olan qatqılar sayəsində vurulduqdan sonra səthi nəmdən qouruyur, istifadə zamanı malanın izlərini səthdə qoymur, vurulduqdan sonra ovulmur.

Tövsiyə:

·        məhsul vurulduğu zaman üzərini çox hamarlamaq tövsiyə olunmur, tərkibində olan mərmər dənələri sürtülə bilər  

·        mineral sıvanı tətbiq etdikdə paslanmıyan maladan istifadə edin,

·        isti, yüksək rütubətli və yağışlı havada istifadə etmək olmaz.

    ·        Məhsul sifariş verilərkən tətbiq ediləcək sahə dəqiq hesablanmalı və bir partiya halında sifariş verilməlidir. Müxtəlif partiyaların rəng tonları müxtəlif effektlər yarada bilər.

 

 

.
DEKORATİV MİNERAL SIVANIN XÜSUSİYYƏTLƏRİ

DEKORATİV MİNERAL SIVANIN XÜSUSİYYƏTLƏRİ

  Dekorativ mineral siva məhsulları- hər yerdə istifadə olunmasına baxmayaraq, olduqca müxtəlif və maraqlıdır. ...

Dərz dolğuda yaranan problemlərin qarşısını necə almalı?

Dərz dolğuda yaranan problemlərin qarşısını necə almalı?

Evlərimizdə, ofislərimizdə və digər məkanlarda bəzən kafellərin və keramikaların arasında olan dərz  dolğuların ...

Əlaqə qurun

+99450 201-99-22 / +99455 201-99-22 / e-mail: marketing@nbgroup.az

veb saytların hazırlanması, veb sayt dizaynıseo xidməti, google optimizasiyası

sizma tualet su sızır turba sızıntı kombi təmir xidmət usta boru ev Santexnik